Bakı Retina
Bakı Retina
“Bakı Retina” Beynəlxalq Konfransı ölkədə oftalmologiya sahəsində keçiriləcək tədbirlərdən biridir.
Konfransın məqsədi retina sahəsində dünya səviyyəli elmi bilik mübadiləsi və peşəkar inkişaf platforması yaratmaqdır.
Beynəlxalq ekspertlərin ən son tədqiqat nəticələri, müalicə metodları və texnoloji yenilikləri paylaşdığı, yerli mütəxəssislərin dünya standartları ilə tanış olduğu və gələcək əməkdaşlıq əlaqələrinin qurulduğu elmi toplantıdır.
Tədbirdə müzakirə olunacaq mövzular:
- Retina-Uvea xəstəliklərinin müasir müayinə və müalicə üsulları
- Prof. Öner Gelişken FFA klubu
- Yeni cərrahiyyə texnikaları və avadanlıqlar
- Beynəlxalq təcrübə paylaşımı
- Yerli və xarici mütəxəssislər arasında əlaqələrin qurulması
- Gənc oftalmoloqların peşəkar inkişafı
- Regional retina sahəsinin dünya standartlarına yüksəldilməsi perspektivləri
Konfrans oftalmoloqlar, retina mütəxəssisləri, tədqiqatçılar, tibb tələbələri, tibbi avadanlıq və dərman sənayesi nümayəndələri üçün nəzərdə tutulub.
🎟️ Konfransda iştirak paketinə daxildir
- DTT balı
- Sertifikat
- Nahar və çay fasilələri
📌 Qeydiyyatdan keçməyə tələsin!
Hörmətlə,
Bakı Retina Təşkilat Komitəsi
Biletinizi seçin
Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap