SAT Group tərəfindən 7-ci dəfə keçiriləcək "Biznes İdarəçiliyi Forumu" ölkədə idarəçilik və liderlik sahəsində ən nüfuzlu tədbirlərdən biridir.
Bu forumda 200-dən çox rəhbər şəxs, top menecer və sahibkar bir araya gələrək, müasir idarəetmə yanaşmalarını, effektiv liderlik üsullarını və real biznes təcrübələrini müzakirə edəcək.
Forumun builki şüarı “Yeni üfüqlərə doğru!”-dur.
Tədbirdə 12 peşəkar spiker və moderator rəhbərlik, sistem quruculuğu və performansın idarə olunması mövzularında öz bilik və təcrübələrini bölüşəcək.
İştirakçılar real təcrübələr üzərində düşünmək, yeni idarəetmə alətlərini öyrənmək və liderlik potensiallarını gücləndirmək imkanı əldə edəcəklər.
Bu forum yalnız güclü netvörkinq imkanı deyil, həm də öz sahənizdə inkişaf etmək, perspektiv qazanmaq və gələcəyin liderləri ilə tanış olmaq üçün ideal platformadır.
🎟️ Bilet ödənişinə daxildir:
– Forumun bütün bölmələrində iştirak
– Nahar və kofe fasilələri
– Sponsor hədiyyələri və hədiyyəli lotereyada iştirak
📌 İndi biletinizi əldə edin və idarəetməyə dair yeni baxış bucaqları ilə tanış olun!