Biznes İdarəçiliyi Forumu 2026
Yeni nəsil idarəetmə
"SAT Group" tərəfindən artıq 8-ci dəfə təşkil olunan “Biznes İdarəçiliyi Forumu” ölkədə idarəetmə sahəsinin nüfuzlu və gözlənilən tədbirlərindən biridir. Forum hər il 200-dən çox menecer, şirkət rəhbəri və sahibkarı bir araya gətirərək, müasir idarəetmə yanaşmaları, innovasiyalar və real biznes təcrübələrinin müzakirəsi üçün unikal platforma yaradır.
Bu ilin əsas mövzusu — “Yeni nəsil idarəetmə” — sürətlə dəyişən biznes mühitində effektiv liderlik, çevik qərarvermə və innovativ idarəetmə modellərinə fokuslanır. Tədbir çərçivəsində təcrübəli spikerlər və peşəkar moderatorlar uğurlu strategiyalarını və praktik yanaşmalarını iştirakçılarla bölüşəcəklər.
Forum iştirakçıları:
Müasir idarəetmə alətlərini və yanaşmalarını öyrənəcək
Real biznes təcrübələri ilə tanış olacaq
Peşəkar şəbəkələrini genişləndirəcək
Öz idarəetmə bacarıqlarını növbəti səviyyəyə daşıyacaqlar
Biletə daxildir:
✔ Forumun bütün sessiyalarında iştirak
✔ Nahar və kofe fasilələri
✔ Sponsor hədiyyələri və lotereyada iştirak imkanı
Bu forum sadəcə tədbir deyil — bu, yeni baxış bucağı qazanmaq, güclü əlaqələr qurmaq və peşəkar inkişafınızı sürətləndirmək üçün ideal fürsətdir.
İdarəetmə dünyasında bir addım öndə olmaq üçün indi biletinizi əldə edin!
Biletinizi seçin
Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap