Əsas məzmuna keç
K
Klassik Musiqi Axşamı

Klassik Musiqi Axşamı

Açılış konserti

Tarix
Cümə, 14 Avqust 2026, 20:00 - 22:00
Məkan
Kapellhaus Garden Hall
Qeydiyyat bağlıdır
Haqqında

☘️ KAPELLHAUSUN YAY BAĞINDA - Klassik Musiqi Axşamı ✨


14 avqust 2026-cı il tarixində Kapellhausun yeni açıq havada konsert məkanı – Kapellhaus Garden Hall-ın rəsmi açılış mərasimi keçiriləcək.


Bu əlamətdar gün münasibətilə təşkil olunacaq təntənəli konsert proqramında Alman və Azərbaycan klassik musiqisinin seçilmiş inciləri kamera orkestrinin ifasında səslənəcək. Tarixi Kapellhausun memarlıq irsi ilə açıq səma altında klassik musiqinin vəhdəti qonaqlara unudulmaz bir sənət axşamı bəxş edəcək.


Kapellhaus Garden Hall Bakının mədəni həyatında yeni bir mərhələnin başlanğıcı olaraq, gələcəkdə beynəlxalq və yerli musiqi layihələrinə, kamera konsertlərinə, incəsənət proqramlarına və xüsusi mədəni tədbirlərə ev sahibliyi edəcək.


Qonaqların qarşılanması zamanı welcome zonasında gitara, handpan və intuitiv vokalı birləşdirən yeni musiqi layihəsi — Solai-nin canlı improvizasiyaları tədbirin ilk anlarından etibarən sizi özünəməxsus musiqi atmosferinə qərq edəcək.


📍 Kapellhaus Garden Hall

📅 14 avqust 2026

🕗 Saat 20:00


🎟️ Biletlər məhduddur - Kapellhausun tarixində yeni bir səhifənin açılışını qaçırmayın.

Biletlər

Yerinizi seçin

Qiymətlər
  • 40 AZN
    40 AZN
  • 30 AZN
    30 AZN
  • 20 AZN
    Tükənib
    20 AZN
Qeydiyyat bağlıdır

Yerinizi xəritədə özünüz seçirsiniz. Bilet növü və qiymət seçdiyiniz yerə görədir.

Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap

Məkan

Kapellhaus Garden Hall