Skip to main content
R
Regional Sənaye Təhlükəsizliyi Zirvəsi

Regional Sənaye Təhlükəsizliyi Zirvəsi

Regional Sənaye Təhlükəsizliyi Zirvəsi

Date
Thu, Dec 10, 2026, 09:00 - Wed, Dec 16, 2026, 18:00
Venue
Gülüstan Sarayı
About

Sənaye təhlükəsizliyində yeni mərhələ başlayır !


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) birgə təşkilatçılığı ilə Regional Sənaye Təhlükəsizliyi Zirvəsi — STZ26 10 dekabr 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək.


4-cü dəfə keçiriləcək Zirvə 2026-cı ildə ilk dəfə regional format qazanaraq, Azərbaycanla yanaşı region ölkələrinin dövlət qurumlarını, sənaye şirkətlərini, beynəlxalq təşkilatları, qərarvericiləri və təhlükəsizlik üzrə aparıcı mütəxəssisləri bir araya gətirəcək. Yeni regional format əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və sənaye təhlükəsizliyi sahəsində ortaq yanaşmaların formalaşdırılması üçün yeni imkanlar yaradacaq.


İnsan faktoru, psixososial təhlükəsizlik, liderlik, təşkilati mədəniyyət, süni intellekt və gələcəyin təhlükəsizlik modelləri STZ26-nın əsas müzakirə istiqamətləri sırasında olacaq.


Tədbirin proqramı çərçivəsində "Beyond Borders", "Mind Matters" panellərindən və "HSE Awards" mükafatlandırma mərasimi keçiriləcək. Bu panellər regional əməkdaşlıq, insan amili, müasir təhlükəsizlik çağırışları və sənaye təhlükəsizliyində qabaqcıl yanaşmalar ətrafında fikir və təcrübə mübadiləsi üçün platforma yaradacaq.


Tarix: 10 dekabr 2026

Məkan: Gülüstan Sarayı


Əlaqə üçün:

+994 77 255 13 40

+994 77 255 04 39

+994 77255 01 66

Tickets

Choose your pass

—

Venue

Gülüstan Sarayı

Regional Sənaye Təhlükəsizliyi Zirvəsi

Buy tickets
R
Regional Sənaye Təhlükəsizliyi Zirvəsi
Thu, Dec 10, 2026, 09:00 - Wed, Dec 16, 2026, 18:00 · Gülüstan Sarayı
ebiletstoreAll events