Əsas məzmuna keç
S
SEVEN SOUNDS OF AZERBAIJAN

SEVEN SOUNDS OF AZERBAIJAN

Film Screening / Discussion

Tarix
Çərşənbə, 7 Oktyabr 2026, 17:00 - 18:30
Məkan
Kapellhaus
Qeydiyyat bağlıdır
Haqqında

🎬 Film nümayişi və Thomas Melzer ilə görüş


“Seven Sounds of Azerbaijan — Inspired by Nature” sənədli filminin nümayişi, ardınca isə filmin rejissoru və jurnalisti Thomas Melzer ilə görüş və müzakirə keçiriləcək.


Azərbaycanın təbiətini, səslərini və musiqi irsini bir araya gətirən bu sənədli film tamaşaçını ölkənin yeddi fərqli təbii məkanına səyahətə aparır.


Azərbaycan caz musiqiçisi və bəstəkarı Rain Sultanovun ideyası əsasında hazırlanan və onun musiqisi ilə müşayiət olunan film təbiətin səslərini caz musiqisi ilə birləşdirərək Azərbaycanın fərqli və poetik portretini yaradır.


Filmin rejissorları Anje Dombrowski və Thomas Melzerdir.


Film Almaniyada müxtəlif film festivallarında, o cümlədən Berlin Film Festivalında nümayiş etdirilib.


Filmdən sonra — xüsusi görüş


Film nümayişindən sonra Thomas Melzer ilə açıq müzakirə keçiriləcək. Tamaşaçılar filmin yaranma ideyası, çəkiliş prosesi, Azərbaycanın müxtəlif bölgələrində aparılan çəkilişlər və layihənin ərsəyə gəlməsi haqqında birbaşa rejissordan məlumat əldə edə biləcəklər.

Layihə Almaniyada Azərbaycan haqqında hazırlanmış xüsusi səyahət bələdçisinə daxil edilib. Thomas Melzer həmçinin layihəyə həsr olunmuş kitab nəşr etdirib. Kitabda layihənin ideyasından çəkilişlərin tamamlanmasına qədər keçdiyi yol və yaradıcı proses ətraflı şəkildə təqdim olunur.


📅 7 oktyabr 2026

🕔 17:00 - 18:30

📍 Kapellhaus


Film nümayişi → Thomas Melzer ilə görüş → Açıq müzakirə

Biletlər

Yerinizi seçin

Qiymətlər
  • 15 AZN
    15 AZN
  • 10 AZN
    10 AZN
  • 5 AZN
    5 AZN
Qeydiyyat bağlıdır

Yerinizi xəritədə özünüz seçirsiniz. Bilet növü və qiymət seçdiyiniz yerə görədir.

Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap

Məkan

Kapellhaus