5 oktyabr 2025 tarixində Nizami Kinoteatrında baş tutacaq TEDxBakixanov – Crossroads tədbiri sizi həyatın dönüş nöqtələrinə səyahətə dəvət edir.
“Crossroads” — həyatın seçim anları, qərarların gücü və yeni başlanğıclar mövzusunu simvolizə edir. Hər birimiz həyatımızda seçimlər qarşısında dayanırıq və bu tədbir məhz bu məqamların formalaşdırıcı gücünü ön plana çəkir.
TEDxBakixanov yerli və qlobal baxışları bir araya gətirərək, sizi öz yol ayrımınızı düşünməyə, yeni fikirlərlə ruhlanmağa və hərəkətə keçməyə dəvət edir.
Tədbirdə müxtəlif sahələrdən olan spikerlər — texnologiya, incəsənət, təhsil, psixologiya, sosial dəyişiklik və digər sahələr üzrə ilhamverici çıxışlarla səhnədə olacaq. Onlar öz həyatlarının “crossroads” anlarından, verdikləri qərarlardan və bu qərarların necə böyük dönüş nöqtələrinə çevrildiyindən danışacaqlar.
Tədbirdə 12 spikerin çıxışı nəzərdə tutulub.
Daha ətarflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
📞 +994 55 214 61 14
📩 tedxbakixanov@gmail.com