Valslar Axşamı
✨ KAPELLHAUS TƏQDİM EDİR
VALSLAR AXŞAMI
Musiqi, rəqs və zərifliyin unudulmaz vəhdəti...
Sizi klassik musiqinin ecazkar dünyasına, valsın romantik və sehrli atmosferinə dəvət edirik!
Pyotr Çaykovski, İohann Ştraus, Dmitri Şostakoviç, Yevgeni Doqa və digər bəstəkarların ölməz əsərləri canlı kamera ansamblının ifasında səslənəcək.
Musiqinin ahənginə uyğun olaraq dörd rəqs cütlüyü zalın mərkəzində zərif və valehedici vals kompozisiyaları təqdim edəcək.
Skripkaların, altın, violonçelin, kontrabasın və fortepianonun canlı ifası, rəqqasların zərif hərəkətləri və tarixi Kapellhaus məkanının xüsusi ab-havası sizi unudulmaz bir musiqi axşamına aparacaq.
Bu axşam sadəcə konsert deyil — əsl Avropa balının ruhunu yaşamaq fürsətidir!
📍 Məkan: Kapellhaus
🎻 Canlı ifa: Kamera ansamblı
💃 Rəqs: 4 peşəkar rəqs cütlüyü
🎟️ Yerlərin sayı məhduddur.
Sizi valsın sehrinə qoşulmağa dəvət edirik!
Biletinizi seçin
Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap