Yaradıcı Marketinq Forumu
Yaradıcı Marketinq Forumu
“Yaradıcı Marketinq Forumu 2026” marketinq, kreativlik və biznes dünyasının aparıcı mütəxəssislərini, sahibkarları, brend nümayəndələrini və gənc marketoloqları bir araya gətirən peşəkar dialoq və təcrübə mübadiləsi platformasıdır.
Forumun əsas məqsədi Azərbaycanda müasir marketinq yanaşmalarının və yaradıcı düşüncənin inkişafına töhfə vermək, biznes və kreativ sektor arasında əməkdaşlığı gücləndirmək, brendlərin dəyişən istehlakçı davranışlarına uyğun strategiyalarını müzakirə etmək və yerli, eləcə də beynəlxalq marketinq trendlərinin paylaşılması üçün vahid platforma yaratmaqdır.
Forumun əsas mövzuları
Forum çərçivəsində müasir marketinq dünyasının ən aktual istiqamətləri müzakirə olunacaq: brend strategiyası və mövqeləndirmə, kreativ marketinq, rəqəmsal transformasiya, sosial media strategiyaları, influencer marketinq və müasir istehlakçı davranışları,süni intellekt və ondan istifadə.
Bununla yanaşı, süni intellektin marketinqə təsiri, data əsaslı qərarvermə, kreativ kontentin gələcəyi, yeni nəsil kommunikasiya alətləri, şəxsi brendinq və müasir reklam texnologiyaları kimi gələcəyin marketinq gündəliyini formalaşdıran mövzulara xüsusi diqqət ayrılacaq.
Daha yaradıcı ideyalar. Daha güclü brendlər. Daha böyük təsir.
Yerinizi seçin
- 2525 AZN
- 2929 AZN
- 3535 AZN
- 3939 AZN
Yerinizi xəritədə özünüz seçirsiniz. Bilet növü və qiymət seçdiyiniz yerə görədir.
Qeydiyyatdan keçmisiniz, amma bilet məktubu gəlməyib? Biletimi tap