6-cı YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİ - 6-cı YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİ

6-cı YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİ

Çər, İyun 18, 2025, 06:00 - Cüm, İyun 27, 2025, 14:00

Bakı Ekspo Mərkəzi

18, 19, 20, 21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.

“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasındadır.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Baş sponsor: Məlhəm Beynəlxalq Hospital
Sponsor: Dayun
Təşkilati dəstək: Construction Business Group
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi

⏱Sərgi müddəti: 4 gün
📍Məkan: Bakı Ekspo Mərkəzi
📆Tarix: 18-21 iyun 2025
🌐www.marsolexpo.az
☎*0555
📱050 228 64 31
MƏKAN:
Bakı Ekspo Mərkəzi