Sənaye Təhlükəsizliyi Zirvəsi 2025
10 dekabr 2025-ci il tarixində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da III “Sənaye Təhlükəsizliyi Zirvəsi” (Industrial Safety Summit) keçiriləcəkdir.
“Dönüm nöqtəsi” (Tipping Point) konsept mesajı ilə keçiriləcək Zirvə sənaye təhlükəsizliyinin texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda kritik mərhələyə çatdığını vurğulayır. Tədbir süni intellektin yüksəlişi, tənzimləyici çətinliklər və qlobal risklərin sənayeni daha etik, qabaqlayıcı və davamlı təhlükəsizlik modelinə keçməyə necə təşviq etdiyini müzakirə etmək məqsədi daşıyır.
Zirvə bir bütöv günü əhatə etməklə “Qırmızı Xətt” paneli, “Safe Talks” adlı interaktiv müzakirə sessiyası və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq. Proqram 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsas sessiyada keçiriləcəkdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, qeydiyyat müddəti 14 Oktyabr – 24 noyabr tarixlərində davam edəcəkdir və yerlər məhdud saydadır. Xahiş edirik, qeydiyyatdan keçdikdən sonra iştirakınızı təsdiq edən məktubu alana qədər gözləyəsiniz.
Tarix: 10 Dekabr 2025
Məkan: “Baku Marriott Hotel Boulevard”
Əlaqə üçün: +994 77 255 13 42
+994 77 255 13 40
+994 12 310 53 53