Əsas məzmuna keç

Haqqımızda

Siz tədbiri planlayın, qalanını biz avtomatlaşdırırıq.

Tədbir sənayesini rəqəmsallaşdırırıq

ebiletstore tədbir təşkilatçılarını və iştirakçıları QR texnologiyası ilə birləşdirən bilet və qeydiyyat platformasıdır. Konfrans, forum, təlim, sərgi, festival və korporativ tədbirlər üçün satışı, qeydiyyatı, girişi və hesabatı bir paneldə toplayırıq.

Missiyamız tədbir idarəçiliyini rəqəmsallaşdırmaq və prosesi həm təşkilatçı, həm iştirakçı üçün rahat etməkdir.

satılan bilet
200K+
tədbir
250+
uptime
99.9%

Köhnə üsullar sənayeni yavaşladır

Əl ilə bilet yoxlanışı, uzun növbələr, itən biletlər və tədbirdən sonra əldə qalmayan data həm təşkilatçının gəlirinə, həm iştirakçının təcrübəsinə zərbə vurur.

Köhnə üsulla

  • Biletlər girişdə siyahıdan əl ilə yoxlanılır
  • Qapıda uzun növbə yaranır
  • Bilet itir, saxta bilet keçir
  • Tədbirdən sonra iştirakçı datası qalmır

ebiletstore ilə

  • Unikal QR bilet bir saniyədə skan olunur
  • Giriş sayğacı panelə canlı düşür
  • Bilet e-poçtda, SMS-də və telefonun cüzdanındadır
  • Satış, giriş və iştirakçı datası hesabatda qalır

Platforma nə verir

Bir idarəetmə paneli

Tədbir yaratmaq, iştirakçıları idarə etmək və real vaxtda analitika almaq bir yerdədir.

Təhlükəsiz və sürətli giriş

Saxtakarlığın qarşısını alan QR sistemi və mobil tətbiqlə real vaxtda giriş yoxlaması.

Çoxkanallı çatdırılma

Bilet SMS, e-poçt və WhatsApp ilə dərhal gedir; Apple Wallet və Google Wallet dəstəklənir.

Gəlir birbaşa hesabınıza

Ödənişlər kartla qəbul olunur və birbaşa təşkilatçının hesabına köçürülür.

Dəyərlərimiz

İnnovasiya

Tədbir idarəçiliyini kağızdan və dağınıq cədvəllərdən bir panelə köçürürük.

Sürət

Tədbir dəqiqələr içində qurulur, bilet girişdə bir saniyədə yoxlanılır.

Netvörkinq

Badge-dəki QR ilə iştirakçılar bir-birinin kontaktını telefona yaza bilir.

Təhlükəsizlik

Hər bilet unikaldır, təkrar giriş bloklanır, ödənişlər PCI-DSS provayderləri ilə gedir.

Tədbirinizi bu gün rəqəmsallaşdırın.